“TÜRK ƏSRİ” çağırışı altında Zirvə görüşü – türk tarixində yeni bir mərhələnin başlanğıcı-DEPUTAT

0

Bu ilin martında Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev dünya düzəninin yenidən formalaşmaqda olduğunu bildirərək qeyd etmişdi ki, “İndi dünya “Soyuq müharibə”nin sona çatmasından bəri baş verən ən ciddi Şərq-Qərb qarşıdurmasının şahididir ki, onun fəsadları dünyanın qalan hissəsində də hiss olunur”.

Həqiqətən, indiki məqamda bütün güc mərkəzlərinin ümdə qayəsi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamaq, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməkdir.

“Turanın səsi ” xəbər verir ki , bunu açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik arxitekturasında müşahidə olunan köklü dəyişikliklər, beynəlxalq hüququn norma və prinsiplərinin aşınması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları, habelə selektiv yanaşma və ikili standartlar tətbiqi ümumilikdə prosesləri göründüyündən daha mürəkkəb məcraya sürükləyir. Bu isə BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş kollektiv özünümüdafiə institutunun labüdlüyünü daha da artırır. Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

“Həqiqətən də, ötən dövrün təcrübəsi də bizə göstərdi ki, artıq müasir beynəlxalq hüquq proseslərin idarəçiliyi və nizama salınması üçün yetərli deyil. Ən azı elə Azərbaycanın özünə münasibətdə beynəlxalq hüquq faktiki olaraq işləmədi. BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla, çoxsaylı beynəlxalq və regional sənədlərdə Ermənistanın rəsmən işğalçı kimi tanınmasına, Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək verilməsinə baxmayaraq, heç bir struktur və heç bir təsisat işğalçı Ermənistana qarşı hansısa sanksiya, yaxud təzyiq barədə danışmır, beynəlxalq hüququn pozuntusunun aradan qaldırılması istiqamətində əməli tədbirlər görülmürdü. Bəzilərinə münasibətdə saatlar içində icra olunan, hətta bir sıra subyektlərin maraqlarının təmin edilməsi naminə hərbi müdaxilə üçün BMT Təhlükəsizlik Şurasının razılığının belə alınmadığı halda, Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən qətnamələr 30 il kağız üzərində qalan ölü müddəalardan başqa bir şey olmadı.

Təbii ki, belə bir məqamda kollektiv özünümüdafiə elementlərinin önəmi artmağa başlayır. Azərbaycan Prezidentinin Astanadan bəyan etdiyi kimi, bizim türk dövlətləri ilə etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. Belə olan halda kollektiv güc kimi ən səmərəli format məhz Türk Dövlətləri Birliyi konfiqurasiyasıdır”, – deyə deputat vurğulayıb.

O qeyd edib ki, türk dövlətlərinin birliyi ideyasının mövcud formatı 2006-cı ildə səsləndirilsə, təsisat isə 2009-cu ildə Naxçıvanda formalaşsa da, həmin periodlarda bizim hərəkət imkanlarımız o qədər də geniş deyildi. Lakin Azərbaycan artıq yeni reallıq yaradıb, və özünü beynəlxalq hərbi-siyasi güc kimi tanıdıb, Türkiyə qarşısındakı maneələrini dəf edərək dünyanın parlayan subyektlərindən birinə çevrilib, Orta Asiya isə tamamilə yeni bir simada özünüinkişaf yoluna qədəm qoyub. Yəni, bu gün əminliklə deyə bilərik ki, artıq Türk Birliyindən danışmağın vaxtıdır. Xüsusən Prezident İlham Əliyevin üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlığın daha da artması zərurətindən danışması artıq tamamilə yeni miqyasda proseslərin başlandığını göstərir. Bu mənada, Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü əslində türk tarixində yeni bir mərhələnin başlanğıcı olacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir