“The Financial Times”: “Ermənilər Əliyevin bu sözündən təşvişə düşüb”
“Azərbaycan Qarabağdakı qələbəsindən sonra yeni sülh dövrünü elan etmək istəsə də, Ermənistan hələ də münaqişənin bitmədiyinə inanır. İki dövləti barışdırmaq üçün isə ciddi addımlar atılmayıb. Ermənistanın cənubunda yaşayan sakinlər ehtiyat edirlər ki, Bakı Azərbaycanın əsas hissəsindən ayrılmış Naxçıvana quru dəhlizi açmaq istəsə, növbəti münaqişə yeri Sünik ola bilər”.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “The Financial Times” məlumat yayıb.
Qəzet yazır ki, bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycanın belə planı yoxdur. Onun sözlərinə görə, Qarabağın qaytarılması ilə Azərbaycan tam və bütövdür.
“Biz azərbaycanlılar və ermənilərin sözünə inanmaq istəyirik, amma bir “əmma” var. Əgər ortada başqa hərbi məqsədlər yoxdursa, o zaman liderləri bir araya gətirmək niyə bizim üçün bu qədər çətindir? Əgər liderlər sülhə sadiq olduqlarını bəyan edirlərsə, onda, lütfən, bu sənədi imzalasınlar”, – deyə Qərb diplomatlarından biri vurğulayıb.
Digər iki məmur isə nəşrlə söhbətində deyib ki, bir günlük müharibə (Antiterror əməliyyatları – red.) başlayana qədər Qarabağda döyüş olmayacaq deyə amerikalı rəsmilərə söz verilmişdi, amma baş verənlər onları çox məyus edib.
Nəşr əlavə edib ki, ermənilər Azərbaycan Prezidenti İlham Əliyevin bundan sonra nə edəcəyini həyəcanla izləyirlər:
“Prezident Əliyev Ermənistanın cənubunu “Qərbi Azərbaycan” adlandırandan, habelə bu regiondan olan azərbaycanlıların hüquqlarını müdafiə edən cəmiyyət yaratdıqdan sonra ermənilər təşvişə düşüblər.
Prezidentin köməkçisi H.Hacıyevin sözlərinə görə isə erməniləri Prezident Əliyevi yanlış başa düşüblər. Onun sözlərinə görə, Azərbaycan lideri azərbaycanlıların yalnız turist kimi doğulduğu yerə getmək hüquqlarından danışıb”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI