SON DƏQİQƏ – YAP deputatlarına qadağa qoydu

Parlament seçkiləri yaxınlaşdıqca siyasi ehtiraslar daha da qızışır. Deputat mandatı uğrunda mübarizə aparan şəxslər özlərinin seçki platformasını təbliğ etməklə yanaşı, bəzi hallarda rəqibə qarşı “qara piara” əl atmaqdan da çəkinmirlər. 2020-ci ildə keçirilən parlament seçkiləri ilə müqayisədə bu cür hallar az-az baş versə də, kampaniyanın sonuncu həftəsində tərəflər arasındakı mübarizənin daha kəskin xarakter alacağı gözlənilir. 

turaninsesi.az” xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası seçki marafonuna qoşulan üzvlərini təhlükədən sığortalamaq üçün maraqlı gediş edib. YAP hazırda namizəd olan deputatlarını və bu statusa iddia edən üzvlərini siyasi qarşıdurmadan çəkindirməyin yolunu tapıb. 

Partiyadakı mənbədən “Yeni Sabah”a verilən məlumata görə, rəhbərlik YAP-çı deputatlara və namizəd olan partiya üzvlərinə siyasi mövzuda müsahibələr verməyi qadağan edib. YAP-çı namizədlərə yalnız hakimiyyətin siyasi kursunu dəstəkləyən mövzular və beynəlxalq məsələlərə barədə danışmağa icazə verilib.

Mənbə deyib ki, növbədənkənar parlament seçkilərindən danışmaq istəyən YAP-çılar yalnız partiyanın rəsmi orqanı olan yap.org.az saytına müsahibə verə bilərlər. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir