SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Ana Vətən Partiyasının keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı 78 yaşında vəfat edib.

turaninsesi.az ” xəbər verir ki, o, bu dəqiqələrdə Türkiyədə dünyasını dəyişib. 

Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı faktı təsdiqləyib. (Manset.az)

Qeyd edək ki, F.Ağamalı 1947-ci il avqustun 26-da Qərbi Azərbaycanın Zəngəzur mahalının Sisian rayonunun Şıxlar kəndində anadan olub. 

Arzu Paşaqızı