Şirvanda Ulu Öndərin 100 illik yubileyi qeyd edilib

Şirvan şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.

Turanın səsi ” in məlumatına görə, Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhər hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Şirvan Mədəniyyət Mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətləri, eləcə də həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən sərgi ilə tanış olublar.

Sonra Ümummilli Lider Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir