Seçkilərin yekun nəticələri bu tarixdə Konstitusiya Məhkəməsinə təqdim ediləcək

0

Prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi fevralın 17-dək yekunlaşacaq.

Turanın səsi ” xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.

Xatırladaq ki, fevralın 7-də keçirilən səsvermənin ilkin nəticələrə əsasən, İlham Əliyev 92,05% səslə liderdir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir