Seçkilərdə exit-poll keçirmək üçün 2 təşkilat qeydə alındı
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün 2 təşkilat müraciət edib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVISORY GROUP” (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirmək niyyətini bildirib. “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciət edib.
Bu təşkilatların müraciətləri səsverməyə çıxarılıb və qəbul edilib.
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi üçün ayrılan müddət avqustun 12-dək olan dövrü əhatə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI