Şahin Bağırov şöbə rəisini işdən çıxardı – TƏYİNAT

Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsindən azad edilib. 

turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Həmid Elxan oğlu Şirinov vəzifəsindən azad edilərək, Baş Gömrük Mühafizə Xidmətinin rəis müavini təyin olunub. 

 Qeyd edək ki, Həmid Şirinov ötən ilin aprel ayında Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. O, 2018-ci ilin oktyabr ayından Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində də xidmət edib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI