Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır

0


Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır.

Turanın səsi ” in xəbərinə görə, bu, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Məcəllənin mövcud variantında qeyd edilib ki, 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Dəyişikliklə isə 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir