Səməd Seyidov : “Ermənistan da bayrağımızın yandırılmasından yazdı Danışıqlar prosesinə də bu cür yanaşırlar”

0


“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.

Turanın səsi ”  xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tviterdə yazıb.

O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım almayıb:

“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir”.

Qeyd edək ki, dünən, aprelin 14-də ağır Ermənistanda atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı olub. Azərbaycan bayrağı zala gətirildikdən sonra təşkilatçılardan biri, dizayner Aram Nikolyan biri səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürərək yandırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir