Rüfət Quliyev geri çəkildi – Deputat olmayacaq
çağırış Milli Məclisin 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatı Rüfət Quliyev bu il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Rüfət Quliyev bitərəf deputat kimi üçüncü, dördüncü, beşinci və altıncı çağırış (2005 – 2024) Milli Məclisin üzvü olub.
Onun bundan sonra hansı fəaliyyətlə məşğul olacağı maraq doğurur.
turaninsesi.az bunu dəqiqləşdirmək üçün Rüfət Quliyevin özü ilə əlaqə saxlayıb.
Bizimlə söhbətdə R.Quliyev bildirib ki, bundan sonra akademik karyera və marketinq üzrə məsləhətçi kimi çalışacaq:
“Mən iqtisad elmləri doktoruyam. Həm də keçmişdə sahibkar olmuşam. Böyük şirkətlərə konsultasiyalar vermişəm. Marketinq sahəsində yaxşı biliklərim var. O biliklərimlə həm dərs deyəcəm, həm elmi işlə məşğul olacam, eyni zamanda, sahibkarlığın bu və ya digər formasında fəaliyyətə qayıdacam. 39 il Azərbaycan Texniki Universitetində dərs demişəm. Amma başqa 3 universitet də məni işə dəvət edib. Hazırda seçim edirəm, üçündən birində və ya ikisində dərs deyəcəm. Sahibkarlıqla bağlı öz konsultasiyalarımı verəcəm. Bax, mənim belə planlarım var.
Həmçinin mənim “CBC” telekanalında iki verilişim var. O verilişlərin adları belədir: “Sahibkar saatı”, “Dünya iqtisadiyyatı və Azərbaycan”. Həyatımı artıq bu formada qururam”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI