Riyad Rüstəmli : “BİR KƏMƏR BİR YOL ” layihəsi Qərb və Şərq arasında atılan mühüm bir addımdır
Bir kəmər, bir yol” layihəsi Qərb və Şərq arasında yaradılacaq ticarət nəqliyyat xəttinin diversifikasiyalaşmasında mühüm bir addımdır.
“Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər”.
“turanın səsi ” xəbər verir ki , bu barədə ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Riyad Rüstəmli deyib.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 3-də Şuşada ADA Universitetinin təşkilatçılığı ilə keçirilmiş, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusundakı dördüncü beynəlxalq konfransda bildirmişdir.
Dövlətimizin başçısı həmin konfransda diqqəti Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prosesinə, sülhün əldə edilməsi perspektivlərinə, ümumən, iki ölkə arasındakı gərginliyin müxtəlif aspektlərinə yönəltdi. Azərbaycan lideri ayrı-ayrı suallara cavablarında, həmçinin Cənubi Qafqaz siyasi akvatoriyasındakı mövcud durumun çərçivələrini müəyyənləşdirdi, bütövlükdə, bölgənin gələcəyi ilə bağlı əhəmiyyət daşıyan mesajlar verdi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfransda üzərində dayandığı başlıca məqamlardan biri də Zəngəzur dəhlizi idi. İkinci Qarabağ savaşında qazanılan ədalətli tarixi qələbədən sonra imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamədə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinin reallaşdırılmasını nəzərdə tutan Zəngəzur dəhlizinin açılması öz ifadəsini tapıb. Başqa sözlə, həmin sənəd respublikamızın Qərb hissəsi ilə Ermənistanın ərazisindən keçərək nəqliyyat əlaqəsi yaradacaq bu dəhlizin Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əməkdaşlığın yaranmasında və inkişaf etdirilməsində həlledici rolunu şərtləndirib.
Eyni zamanda sözügedən infrastrukturun iqtisadi əhəmiyyəti Mərkəzi Asiya ölkələrinin bu yeni nəqliyyat dəhlizindən gələcəkdə istifadəsi ilə bağlıdır. Zəngəzur dəhlizi “Aşqabad müqaviləsi” adı ilə tanınan anlaşmaya qoşulan ölkələrinin Avropaya reinteqrasiyası üçün əlverişli şərait yaradır. Adıçəkilən müqavilə də Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafını gerçəkləşdirmək məqsədi daşıyır. Hazırda Azərbaycan rəhbərliyi Mərkəzi Asiya ilə respublikamız arasında regional əməkdaşlığa töhfə vermək üçün ciddi səy göstərir.
Dövlətimizin başçısı konfransda “Bir kəmər, bir yol” təşəbbüsü haqqında da fikirlərini bildirib. Azərbaycan tərəfindən bu təşəbbüsünün hər zaman dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, hazırda bu layihənin mühüm hissəsi hesab olunan Azərbaycan indiyədək öz üzərinə düşən işi yüksək səviyyədə yerinə yetirib, nəqliyyat infrastrukturu müasirləşdirilib. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən ölkəmizin infrastrukturundan istifadə etməyə böyük maraq yaranıb var və ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb.
“Bir kəmər, bir yol” layihəsi Qərb və Şərq arasında yaradılacaq ticarət nəqliyyat xəttinin diversifikasiyalaşmasında mühüm bir addımdır. Son illərdə Qərb və Şərq arasındakı ticarət əlaqələri mənfi xarici təsirlərə baxmayaraq inkişaf edir. Buna uyğun olaraq, Zəngəzur dəhlizinin bu ticarət xətti üzərində yerləşməsi və səmərəli nəqliyyat koridoru olması Azərbaycanın, o cümlədən digər region ölkələrinin 600 milyard avroya çatan ticarət əlaqələrində pay sahibi olmağa imkan yaradır. Bu göstərici Zəngəzur dəhlizinin region ölkələrinin ticarət əlaqələrində alternativ nəqliyyat dəhlizi olması ilə iqtisadi əhəmiyyət daşımasını deməyə əsas verir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09