Ramiz Mehdiyev özü barədə iddiaya cavab verdi
Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. İddiaya görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilib, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd olunub.
“Turanın səsi ” xəbər verir ki, Ramiz Mehdiyev məlumatı xəbəri təkzib edib:
“Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI