Ramiz Mehdiyev Almaniyadan qayıtdı
Prezident Administrasiyasının sabiq rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyev müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.
Bu barədə “Turanın səsi ” nə sabiq PA rəhbərinə yaxın mənbə bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyevin səhhətində ciddi problemlər yaranması səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi haqda xəbər yayılmışdı.
Həmin xəbərdə deyilirdi ki, MKX -da bir gün qalan Mehdiyevi sonradan İsrailə aparıblar. Yaxınları bildirib ki, Ramiz Mehdiyev həmin zaman İsrailə deyil, Almaniyaya aparılıb.
“Bu həftənin əvvəli Almaniyadan Azərbaycana qayıdan Ramiz müəllim ev şəraitində müalicəsini davam etdirir” deyə yaxınları əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09