Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi – SƏRƏNCAM
Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
“turaninsesi.az ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
47 yaşlı R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb. O, son bir ildə nazir vəzifəsini icra edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib. Həmin vaxtdan bu vəzifə boş idi.
Arzu Paşaqızı