Qarabağ erməniləri Bakıdan yanacaq istədilər
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlax görüşündə rəsmi Bakının təmsilçisindən onlara yanacaq verilməsini istəyiblər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Qarabağ ermənilərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər.
Bundan başqa, onlar qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Yevlaxda keçirilən görüşdə erməniləri Sergey Martirosyan və David Melkumyan təmsil edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI