Qənirə Paşayevanın yerinə kim deputat seçiləcək?

0

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlər öz təsdiqini tapmaqdadır. 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) dünən keçirilən qapalı iclasında bununla bağlı ölkə başçısına müraciət ünvanlaması bu mühüm siyası kampaniyanın tezliklə reallaşacağına şübhə yeri qoymur. 

Turanın səsi ” xəbər verir ki, rəsmi qaydada elan olunmasa da, seçki marafonuna qoşulacağını bəyan edən çoxlu sayda tanınmış ictima-siyasi xadim var. Hətta sonuncu prezident seçkilərini boykot edən bəzi radikal müxalifət partiyaları da mübarizədən kənarda qalmayacağını açıqlayıb. 

 “Turanın səsi ” bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə bağlı maraqlı məlumatlar əldə edib. Hakimiyyət komandasına yaxın olan şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, parlamentin yeni tərkibində xeyli sürpriz isimlər təmsil oluna bilər. Onun sözlərinə görə, qanunverici orqanda növbəti 5 ildə seçiciləri təmsil edəcək şəxslərin arasında bir neçə tanınmış sənət adamı, jurnalist, bloger, iş qadını da olacaq. 

Mənbə iddiaların sırasında tanınmış iş xanımı Ruhi Əliyevanın da adını çəkib. Onun sözlərinə görə, R.Əliyeva mərhum millət vəkili Qənirə Paşayevanın 4 dəfə ard-arda deputat seçildiyi dairədən mübarizəyə qoşulmaq niyətindədir. 

Əslən Tovuz rayonundan olan xanım Əliyevanın 105 saylı Tovuz seçki dairəsindən namizəd olacağı bildirilir.

Xatırladaq ki, bununla bağlı məlumatlar bir müddət əvvəl də gündəmi zəbt etmişdi, amma Ruhiyyə Əliyeva və yaxın ətrafı bu xəbəri ciddi-cəhdlə təkzib etmişdi.

Qeyd edək ki, 1977-ci ildə Tovuzun Aşağı Eyyublu kəndində dünyaya göz açan Ruhiyyə Əliyeva  YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəridir. 

Aldığımız məlumata görə, növbədənkənar parlament seçkilərində Qənirə Paşayevanın dairəsinə iddialılar sırasında tanınmış ictimai xadim, “Hilal Sosial Araşdırmalar” İctimai Birliyinin sədri Arzuman Abdulkərimovun da adı hallanır. Əslən Qazax rayinundan olan Abdulkərimovun seçki mübarizəsinə Tovuzdan qoşulmağa hazırlaşdığı bildirilir. 

Müşahidəçilər növbədənkənar parlament seçkilərinin vaxtının rəsmi qaydada elan olunmasından sonra meydana sürpriz namizədlərin də çıxa biləcəyini istisna etmirlər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir