Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər

Sentyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. 

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə “Ərgünəş” adlı Qarabağ atını hədiyyə edib.