Prezidentin yüksək vəzifəyə təyin etdiyi Rüfət Mahmud kimdir?-DOSYE

Rüfət Nahid oğlu Mahmud Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

turaninsesi.az” Rüfət Mahmudun dosyesini təqdim edir.

Rüfət Mahmud Xəzər Universitetinin bakalavr, İqtisad Universitetinin (UNEC) magistratura pillələrini bitirib. 2006-2007-ci illərdə Sirakuz Universitetinin Maksvell Məktəbində təhsil alıb.

Rüfət Mahmud son təyinatadək SOCAR-ın Rusiyada törəmə müəssisəsi olan “SOCAR Rus” MMC-nin baş direktoru olub.

2019-22-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri, 2009-18-ci illərdə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) direktorlar şurasının sədri vəzifələrində işləyib.

Rüfət Mahmud, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadiyyat Nazirliyində işləyib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI