Prezidentin yüksək vəzifə verdiyi polkovnik kimdir?

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. 

Prezidentin imzaladığı digər sərəncamla Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. 

Turanın səsi ” in xəbərinə görə , Mirsaleh Seyidov daha əvvəl Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini icra edib. O, 2016-cı ilin 13 oktyabrında bu vəzifəyə təyin olunub. 

M.Seyidov rütbəcə ədliyyə polkovnikidir. 

O, 2018-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir