Prezidentin geri çağırdığı diplomat: Özü də səfirdir, xanımı da

Prezident İlham Əliyevin sərəncamı ilə Hüseyn Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
“turaninsesi.az” xəbər verir ki, H.Hüseynovla bağlı hələ ki yeni sərəncam imzalanmayıb.
O, 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.
Hüseyn Hüseynov Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın əridir. Xanım Abdullayeva 2022-ci ilin oktyabrında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Cütlüyün 2 övladı var.
⤵️
Arzu Paşaqızı