Prezident Polad Bülbüloğlunun yerinə onu təyin etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
“turaninsesi.az” xəbər verir ki, Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezidentin digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Qeyd edək ki, uzun müddət Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu sonuncu parlament seçkilərində deputat seçilib və vəzifəsindən geri çağırıldı.