Prezident İlham Əliyev Münxendə Azərbaycan jurnalistlərinə müsahibə verdi
“Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir” – Prezident
“Biz Birləşmiş Millətlər Təşkilatının tamamilə iflic vəziyyətə düşdüyünü görürük. O, hər hansı bir məsələyə təsir göstərə bilməyəcək. Alternativ də yoxdur”.
“turaninsesi.az,, ” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münhendə Azərbaycan telekanallarına müsahibəsində deyib.
“Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir. Yeni dünya nizamı sivil dünyanın münasibətləri və beynəlxalq nizamın yeni mexanizmləri deməkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.