Prezident icra başçısını vəzifədən azad etdi
Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Hafiz oğlu Musayev vəzifəsindən azad edilib.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Cabbar Musayev fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin olunub. Bununla bağlı muxtar respublikanın Ali Məclisi qərar qəbul edib.
Arzu Paşaqızı