Prezident: Bugünkü reallıq ədalətin təntənəsidir

Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.

Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlətimizin başçısı vurğulayıb:

“Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq”.