Prezident bu şəhərin icra başçısını dəyişdi

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.

turaninsesi.az ” xəbər verir ki, sərəncamla Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, bu vaxta qədər Naxçıvan şəhərinin icra başçısı Rəcəb Zakir oğlu Rəhimli olub. Prezidentin bu gün imzaladığı sərəncamla o vəzifədən azad edilib.