Prezident 2 icra başçısına dair SƏRƏNCAM imzaladı
Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
“turaninsesi.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Onun digər Sərəncamı ilə Sevindik Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dövlət başçısının başqa Sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.