Parlament seçkiləri: 16 nəfərin namizədliyi qeydə alınıb – RƏSMİ

0

Növbədənkənar parlament seçkilərində namizəd olmaq üçün müraciət edənlərin sayı açıqlanıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasdında məlumat verib.

O bildirib ki, 125 dairə üzrə 1048 nəfər namizəd olmaq üçün müraciət edib.

Məlumata görə, 700 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Onlardan 609 nəfər imza vərəqləri götürüb, 57 nəfər imza vərəqlərini geri qaytarıb, 16 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir