“Onların fikirləri Cənab İlham Əliyevin müdrik, uzaqgörən, siyasəti qarşısında sabun köpüyü effektindən başqa bir şey deyil” -DEPUTAT
Dünən Fransa Müdafiə naziri ilə Ermənistan Müdafiə naziri arasında hərbi saziş imzalandı. Sazişə əsasən Fransa Ermənistana hava hücumundan müdafiə silahları satacaq. Dünyanın bir sıra yerlərində müstəmləkəçillik siyasəti aparan Fransa yeni ərazilərdə, xüsusilə Cənubi Qafqazda nüfuz sahibi olmaq və bu işdə Ermənistan dövlətindən oyuncaq kimi istifadə etmək niyyətindədir.
Ermənistana silah vermək niyyəti olan Makron hakimiyyəti Cənubi Qafqazda yeni müharibə ocağı yaratmağa çalışır. Ermənistanın Baş naziri Paşinyanın son dövrlər atdığı addımlar Ermənistan dövlətinin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın qərbə üz tutaraq Fransadan silah alması, ABŞ hərbiçiləri ilə birlikdə təlim keçirmələri Paşinyan hakimiyyətinə böyük başağrısı olacaq. Paşinyan Avropa Parlamentində çıxışı zamanı parlamentarilərin onu ayaqüstə alqışlamasını özünün qələbəsi kimi qəbul edir. Əslində avropalı deputatlar Ermənistan üzərində öz qələbəsini alqışlayırlar. Fransa və ona müttəfiq dövlətlər Ermənistanı özlərinin oyuncağına çevirməyinə əl çalırdılar.
Son dövrlər bir sıra Avropa dövlətlərinin parlamentlərində Azərbaycana qarşı qərəzli qərar və qətnamələr qəbul olunur və ölkəmizə qarşı qüvvələrin fəallaşması müşahidə edilir.
Çox təəssüflər olsun ki, Azərbaycandakı radikallar da möhtərəm Prezidentimiz cənab İlham Əliyevə qarşı qərəzli qarayaxma və yalan kampaniyalarını aktivləşdiriblər. Onların bu fəaliyyəti həm də anti dövlət, anti xalq xarakteri daşıyır. Diqqətlə dinlədikdə aydın görmək olur ki, onların söylədikləri xaricdəki düşmən qüvvələrin fikirləri ilə eynilik təşkil edir. Onların fikirləri Prezident cənab İlham Əliyevin müdrik, uzaqgörən, eyni zamanda qətiyyətli siyasəti qarşısında sabun köpüyü effektindən başqa bir şey deyil. Prezidentimiz dünya liderləri tərəfindən güclü siyasətçi, mahir diplomat kimi tanınır. Xalqımız öz Prezidentini sevir, inanır və ona güvənir. Prezident cənab İlham Əliyevin sayəsində Azərbaycan bu gün dünyada güclü, qüdrətli bir dövlətə çevrilmişdir. Münaqişələrlə dolu olan müasir dünyada ölkə başçımızdan başqa heç bir dövlət başçısı işğal altında qalmış torpaqları işğaldan azad edib ölkə ərazisində öz suverenliyini ərazi bütövlüyünü təmin etməyi bacarmayıb.
Bu gün Prezident cənab İlham Əliyev BMT nin daimi üzvü olan, siyasi və hərbi cəhətdən güclü Fransa dövlətinin müstəmləkəçi bir ölkə olduğunu, digər ölkələrə qarşı neokolonializm siyasət həyata keçirdiyini bütün dünyaya açıq şəkildə sübut etdi.
Ermənistan rəhbərliyi də unutmamalıdır ki, bu gün Ermənistana dəstək verən, silahlandırmaq istəyən dövlətlər sonda onu meydanda tək qoyacaq. Fransa hər zaman ikili standart həyata keçirib. Ermənistan isə həmişə vəziyyətə uyğun olaraq öz himayədarlarına qarşı satqınçılıq edib. Ermənistanın siyasi hakimiyyəti anlamalıdır ki, ölkəsinin mövcud olması, inkişafı region dövlətləri, xüsusən Azərbaycanla mehriban qonşuluq münasibətləri qurmaqdan keçir. Ermənistan və havadarları hansı mövqe nümayiş etdirmələrindən asılı olmayaraq Azərbaycan gələcəkdə bu günkündən də daha güclü, qüdrətli, nüfuzlu bir dövlətə çevriləcək.
Kamilə Əliyeva Milli Məclisin deputatı
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI