Ölkənin birinci xanımı Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

turanın səsi ” paylaşımı təqdim edir .

Əziz bacılar və qardaşlar!
Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!

Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun!

Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!
Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin!

Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir