Oğuzun yeni icra başçısı kimdir? – DOSYE 

Prezident İlham Əliyev Oğuz rayonuna yeni icra başçısı təyin edib. 

Ölkə başçısnın sərəncamı ilə bu Oğuz rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Cavid Teyrun oğlu Əbdul-Qədirov gətirilib. 

Qeyd edək ki, Cavid Əbdul-Qədirov bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.

Turanın səsisaytı yeni icra başçısının qısa tərcümeyi-halını təqdim edir:

Cavid Teyrun oğlu Əbdul-Qədirov 1984-cü ildə Bakı şəhərində anadan olub.

2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-2013-cü illərdə Səhiyyə Nazirliyi-HİV/AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Proqramın layihə Əlaqələndirmə Bürosunda maliyyə mütəxəssisi, direktor, 2013-2018-ci illərdə isə “RMDM” ASC-baş direktorun müavini, baş direktor vəzifələrində işləyib. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir