Nazirin qəbulunda problem
Yanvarın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində vətəndaşları qəbul edib.
” turaninsesi.az ” a daxil olan məlumata görə, qəbulda Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri iştirak ediblər. Saat 18:00-a qədər davam etməsi gözlənilən qəbul vaxtından əvvəl başa çatıb. Bununla bağlı sosial şəbəkədə iradlarını yazan Sənan Təhməzov qəbulun saat 15:00-da bitdiyini, nazirin 3-5 nəfər insanı qəbul etdiyini iddia edib.
Statusu olduğu kimi təqdim edirik :
“Hörmətli nazir Emin Emrullayev , 27 yanvarda qəbulu keçirildi (guya) .
Amma 3-5nəfər insanı qəbul etdiniz.
Digər vətəndaşları qəbul etmədiniz. Saat 15:00-da isə çıxıb getdiniz. Halbuki 18:00-dək qəbul vaxtı idi.
Vətəndaşları qəbul etməyəcəkdinizsə,niyə yalandan qəbul günü kecirtdiniz?
Zalda şəhid, qazi, veteran Aile uzvləri var idi. Amma heç biri qəbul edilmədi. Biz hətta açıq mikrafon da təklif etdik. Qəbul etmədiniz bizi regionalın üzvlərinə yönləndirirdilər. Biz həmin nümayəndələrin seriştəsizliyinə görə nazirin qəbuluna yazılmışdıq halbuki.. Görünən odur ki, cənab nazir, siz dinləmək istəmirsiniz bizləri”.
P.S qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN
WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09