Naxçıvanın fövqəladə hallar naziri işdən çıxarılıb, yeni nazir təyin olunub
Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub.
“Turanın səsi “Nuhçıxan”a istinadən xəbər verir ki, müvafiq sərəncamla general-leytenant Şamı Abdullayev Naxçıvanın fövqəladə hallar naziri vəzifəsindən azad edilib.
Polkovnik Şahin Mirzəyev muxtar respublikanın yeni fövqəladə hallar naziri təyin olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni naziri kollektivə təqdim edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09