Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə sədr təyinatı ilə bağlı sərəncam bu gündən qüvvəyə minib
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə hakim və sədr təyinatı ilə bağlı sərəncam bu gündən qüvvəyə minib.
“Turanın səsi” xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2022-ci ilin dekabrın 28-də imzaladığı müvafiq sərəncamda öz əksini tapıb.
Belə ki, dövlət başçısının sərəncamı ilə Hüseyn Məmməd oğlu Məmmədov yenidən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilib.
Sənəddə qeyd olunub ki, həmin sərəncam 2023-cü il yanvarın 2-dən qüvvəyə minir.
Qeyd edək ki, H.Məmmədov 2014-cü ildən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışır. O, daha əvvəl Naxçıvan Şəhər Məhkəməsinin sədri olub. Əvvəllər isə Naxçıvan Ali Məhkəməsinin hakimi, Naxçıvan Ali Məhkəməsinin Nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib.
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09