Nəsib Məhəməliyev seçiciləri ilə görüşləri davam etdirir (Sarıbulaq kəndi)

0

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Sarıbulaq kəndinin seçiciləri ilə görüş keçirdi.


Tədbiri giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev onu da bildirdi ki YAP-ın alternativsiz siyasi qüvvə olduğunu və Azərbaycanın siyasi arenasında özünəməxsus yer tutur.


Çıxışçılardan Sarıbulaq Ərazi Partiya təşkilatının sədri Məhəbbət Hacıyeva,kənd sakinləri Fərhad Mustafayev,Yusif Bayramov əhalinin seçkilərdə fəal iştirak edərək öz namizədlərini dəstəkləyəcəklərini ifadə etdilər.Yerdən söz alanlar kəndin problemlərini səsləndirərək Nəsib Məhəməliyevdən kəndin problemlərinin,onları narahat edən məsələlərin həllində köməklik göstərməsini istədilər.
turaninsesi.az” xəbər verir ki , tədbirdə çıxış edən deputatlığa namizəd Nəsib Məhəməliyev əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, Prezident İlham Əliyev ölkənin sürətli inkişafına nail olub: “Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Əhalinin sosial rifah halının daha da yüksəldilməsi üçün ardıcıl şəkildə sosial proqramlar həyata keçirilir. Bütün bu uğurlar parlament seçkilərində YAP-ın qələbəsini labüd edir”..

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir