Nəsib Məhəməliyev Balakən Mədəniyyət Mərkəzində sonuncu təşviqat görüşünü rayon ictimaiyyəti ilə keçirdi

0

Balakən rayon ictimaiyyəti ilə görüş.
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 110 saylı Balakən seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nəsib Məhəməliyev Balakən Mədəniyyət Mərkəzində sonuncu təşviqat görüşünü rayon ictimaiyyəti ilə keçirdi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.


Görüşü giriş sözü ilə açan YAP Balakən rayon təşkilatının sədri Azad Balayev YAP-ın seçki kampaniyası barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının və dəstəyinin növbəti ifadəsi olacaq.


Çıxışçılar Xəlifə Mirəliyev,şəhid anası Zümrüd müəllimə, müharibə veteranı Şaban Daşdəmirov,gənc sahibkar Musalxan İbrahimov,gənc tələbə Zərifə Əliyeva,Mahama Purtiyev,əməkdar artist Nailə İslamzadə və digərləri Ulu öndərin qurduğu cənab Prezidentin sədri olduğu Yeni Azərbaycan Partiyasının Balakən 110 saylı dairədən namizədliyini irəli sürmüş Nəsib Məhəməliyevin layiqli namizəd olduğunu,onu dəstəklədiklərini bildirərək hər kəsi 1-i Sentyabrda elliklə seçkidə iştirak etməyə,öz namizədinə səs verməyə dəvət etdilər.


Çıxış edən deputatlığa namizəd, Nəsib Məhəməliyev Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib.

Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən islahatlar dövlətimizin və xalqımızın təkcə bu gününün deyil, gələcək inkişaf perspektivlərinin zəmanətidir. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu günədək əldə etdiyi uğurlara və yeni hədəflərə söykənərək parlament seçkilərinə böyük qələbə əzmi ilə qatılıb.Namizəd onu da bildirdi ki,bu gün Azərbaycan ətrafında dövlətimizin parlaq qələbəsini həzm edə bilməyən böyük güclərin kirli oyunları,məkrli planları heç səngimədən davam edir.

Qonşuluqdakı Ermənistanı ikinci Suriyaya çevirmək istəyirlər.Biri birinə zid güclər Ermənistanda hərbi birliklərini yerləşdirirlər və Ermənistanı sürətlə silahlandırırlar.Bunlar,bu hazırlıqlar kimə qarşıdır?-Əlbəttə Azərbaycana.Ermənistanı sülh sazişini imzalamağa qoymayan Fransa,Zəngəzur dəhlizi açılmasın deyə ora SEPAH qüvvələrini soxan İran,Ermənistana monitorinq adı altında keçmiş hərbiçilərini,agenturasını yerləşdirən ABŞ,ermənilərə böyük miqdarda silah sursat verən Hindistan Cənubi Qafqazda əmin amanlığın olmasını istəmirlər.Azərbaycanın isə Dəmir Yumruğu yerindədir.Dövlətimizin gücü birliyimizdədir:Rəhbər və Xalq birliyində.İnanıram ki,bu dəfə də Xalq senyabrın 1-də cənab Prezidentə,onun siyasətinə dəstəyini yüksək səviyyədə nümayiş etdirəcək.
Nəsib Məhəməliyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə,istədikləri,kim layiqdirsə o namizədə səs verməyə çağırdı.


Sonda YAP sıralarına yeni qəbul olunanlara partiya biletlərinin təqdimatı oldu.


⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir