MSK sədri bir neçə dairə seçki komissiyasının üzvlərini vəzifələrindən azad etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçki zamanı qanun pozuntularının baş verdiyi bəzi seçki dairəsi dairə seçki komissiyasının üzvlərinin vəzifələrindən azad edilməsi haqqında qərar imzalayıb.
“turaninsesi.az“-ın məlumatına görə, Niyazi İsgəndər oğlu Nəcəfov 24 saylı Nizami birinci, Ruslan Zülfüyeviç Hacıyev 42 saylı Sumqayıt birinci, Barat Zöhrab oğlu Xəlilov 82 saylı İmişli-Saatlı, Gülnar Vaqif qızı Cəfərli 83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI