MSK növbədənkənar seçkilərə yekun vurdu
Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 16-da keçirliən iclasında 2024-cü il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə yekun vurub.
“turaninsesi.az” xəbər verir ki, iclasa MSK sədri Məzahir Pənahov rəhbərlik edib.
Toplantıda MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.
İclasda parlament seçkilərinin nəticələri haqqında MSK-nın protokolu tərtib edilib və qurumun bütün üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin, dərc olunması qərara alınıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 990 namizəd iştirak edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI