MSK-nın Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub


Mərkəzi Seçki Komissiyasının (MSK) Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Turanın səsi” in əldə etdiyi məlumata görə, MSK Katibliyində 2022-ci ilin avqust ayından fəaliyyətə başlayan Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsinin müdiri vəzifəsinə həmin vaxtdan MSK-nın əməkdaşı Fərid Əbilov təyin edilib.

Qeyd edək ki, F.Əbilov 1988-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə bitirib. 2012-ci ildən MSK Katibliyinin Təşkilat şöbəsində böyük məsləhətçi, sonradan isə Katiblik müdirinin köməkçisi vəzifələrində işləyib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir