MSK deputatın mandatına xitam verilməsi məsələsinə baxacaq

Mərkəzi Seçki Komissiyasına (MSK) Ramil Həsənin deputat fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət daxil olub.

turaninsesi.az” xəbər verir ki, bu barədə komissiyadan bildirilib. 

Qeyd olunub ki, müraciətə yaxın günlərdə baxılacaq. 

Xatırladaq ki, deputat Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsinə seçilməsi səbəbindən mandatından imtina edib.

Arzu Paşaqızı