Milli Məclisdə yeni komitələr yaradıla bilər
Bu gün Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən parlament seçkilərinə yekun vuracaq. Seçkilərin nəticələrinin təsdiq edilməsindən sonra yeni deputatlar səlahiyyətlərinin icrasına başlayacaq.
“turaninsesi.az” xəbər verir ki, Milli Məclisi zəruri hallarda yeni komitələr yarada bilər, yaxud fəaliyyət göstərən komitələri yenidən təşkil edə və ya ləğv edə bilər.
Hazırda Milli Məclisdə 15 komitə fəaliyyət göstərir. Milli Məclisinin komitələri qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş qanun və qərar layihələrinin ilkin baxılmasını təşkil etmək, onların Milli Məclisin müzakirəsinə çıxarılmasını təmin etmək və bu Qanunda nəzərdə tutulmuş başqa vəzifələri həyata keçirmək məqsədi ilə fəaliyyət göstərirlər.
Komitələrin hüquqları, təşkili qaydası, səlahiyyət müddəti, fəaliyyət prinsipləri, tərkibi, iclaslarının aparılması qaydası, onların sədrlərinin və sədr müavinlərinin səlahiyyətləri “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi”nin 35-39-cu maddələri ilə müəyyən edilir.
Komitə Azərbaycan Respublikası Milli Məclisinin növbəti sessiyasının başlanmasına azı bir həftə qalmış növbəti sessiya üçün özünün iş planını təsdiq edir. Komitənin sədri və sədr müavini Azərbaycan Respublikası Milli Məclisinin aparatı ilə birgə komitənin işini təşkil edir, komitə üzvlərini zəruri sənədlər və materiallarla təmin edir. Komitənin sədri komitənin iş planının yerinə yetirilməsinə nəzarət edir.
Qeyd etdiyimiz kimi, Milli Məclisdə yeni komitələr yaradıla və ya adları dəyişdirilə bilər.
Dünyada gedən proseslər fonunda müxtəlif ölkələrin parlamentləri qlobal məsələləri müzakirə etmək üçün belə komitələr yaradırlar. Belə ki, son zamanlar süni intellektlə idarə ilə bağlı müəyyən müzakirələr aparılır.
Təkliflər var ki, Milli məclisdə də bu sahədə qanunların qəbulu və müzakirəsi üçün yeni komitə yaaradılsın. Bununla bağlı ciddi çağırışlar da mövcuddur.
Xatırladaq ki, sonuncu dəfə Milli Məclisdə yeni komitələr beşinci çağırışda yaradılıb. Bunlar Səhiyyə komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsi, İctimai birliklər və dini qurumlar komitəsi və Gənclər və idman komitəsidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI