Millət vəkili : “Laçın yolundakı aksiyanın sifarişçisi bu qüvvədir”

“Qeyri Hökumət Təşkilatlarının (QHT) nümayəndələri, aktivistlər Şuşa-Laçın yolunda dinc aksiya həyata keçirirlər. Aksiyada əsas tələb Azərbaycanın həmin bölgəsində erməni vandalları tərəfindən yeraltı və yerüstü sərvətlərimizin talanması, insanlarımıza qarşı terror, soyqırım törədən ermənilərin ekologiyamıza, torpaqlarımıza, sərvətlərimizə qarşı eyni aktı həyata keçirməsi və qızıl, filiz, mis yataqlarını sömürərək xarici bazarlarda satmasıdır”.

“Turanın səsi” Globalinfo.az-a istinadən xəbər verir ki , bu sözləri açıqlamasında millət vəkili Vüqar İskəndərov Laçın yolunda keçirilən aksiya ilə bağlı danışarkən deyib.

O bildirib ki, rus sülhməramlıları müvəqqəti yerləşdikləri ərazilərdə üzərlərinə düşən öhdəlikləri həyata keçirmirlər:

“Hələ bu azmış kimi, Azərbaycan dövlət orqanlarının monitorinqinin keçirilməsi zamanı hərəkətsizlik edərək erməni təxribatçılarının qarşısını almadılar və dövlət orqanlarımız mədənlərə daxil ola bilmədilər. Bütün bunlar Azərbaycan cəmiyyətini hiddətləndirib. Bu, həm beynəlxalq hüquqa, həm də Azərbaycanın Konstitusiyasına ziddir. Xankəndi və digər yerlər bizim suveren ərazimizdir. Azərbaycanın bütün hüquq və öhdəlikləri həmin ərazilərdə işləməlidir”.

Millət vəkili qeyd edib ki, Volkov aksiya yerinə gələrək son proseslərlə bağlı geniş açıqlama verməlidir:

“Bu aksiya Azərbaycan xalqından gələn sifarişdir. Artıq insanlar sülhməramlıların fəaliyyətindən narazıdırlar. Onların fəaliyyəti erməni dəyirmanına su tökməkdən ibarətdir. Bütün bu fəaliyyətsizlik və qeyri-konstruktiv fəaliyyət dayandırılmalı və sülhməramlılar öz vəzifələrini doğru-düzgün icra etməlidirlər”.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir