Meymunçiçəyi ilə mübarizəyə 3 milyon avro ayrıldı

0

Niderland hökuməti Afrika ölkələrində meymunçiçəyi xəstəliyi ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 3 milyon avro ayırıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında yer alan məlumatda deyilir.

“Afrikada meymunçiçəyi xəstəliyi getdikcə daha sürətlə yayılır. Peyvəndlərin özləri vacibdir, lakin vaksinlərin onlara ən çox ehtiyacı olan insanlara verilməsini təmin etmək üçün daha çox iş görülməlidir. Biz ÜST-nin peyvəndləmə kampaniyalarına başlamaq planını dəstəkləyirik və bununla da virusun daha çox yayılmasının qarşısını almağa kömək edirik”, – müvafiq qərarı verən Niderlandın xarici ticarət və inkişaf naziri Renette Klever deyib. socar vakansiya

Xatırladaq ki, meymunçiçəyi xəstəliyinin daha yoluxucu və patogen variantının yeni yayılma halları Konqo DR-də aşkar edilib və sonra virus qonşu ölkələrə yayılıb. Hazırda Afrikanın 10-dan çox ölkəsində yoluxma halları qeydə alınıb. ÜST rəhbəri Tedros Adanom Qebreyesus avqustun 14-də Afrikada meymunçiçəyi epidemiyasını beynəlxalq əhəmiyyətli ictimai səhiyyədə narahatlıq doğuran epidemioloji fövqəladə vəziyyəti elan edib.

ÜST avqustda peyvəndlərin çatdırılmasını, test imkanlarının və personalın təliminin genişləndirilməsini əhatə edən epidemiyanın qarşısının alınması üzrə planı yekunlaşdırıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir