Mehriban Əliyevadan Dövlət Bayrağı Günü münasibətilə paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə foto paylaşıb.

turaninsesi.az ” xəbər verir ki, paylaşımda deyilir:

“Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!”.