MCP-ın rəhbər heyəti 20 yanvar şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər

Bir qrup 20 Yanvar şəhidi ailəsi, şəhid Zahid Nuriyevin anası Validə Nuriyeva, şəhid Ruslan Allahverdiyevin bacısı Sevda İsmayılova, şəhid İlkin Cavanşirovun qızları Sevda Cavanşirova, Sona Cavanşirova, şəhid Nizami Hüseynovun həyat yoldaşı Göyçə Allahverdiyeva, şəhid Cavad İsmayılovun həyat yoldaşı Həcər İsmayılova, şəhid İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev, şəhid Telman Bağırovun həyat yoldaşı Təranə Bağırova, şəhid Əlyusif Qocamanovun qızı Maral Zamanova, şəhid Rövşən Rüstəmovun həyat yoldaşı Ziyafət Rüstəmova, şəhid Rahib Hüseynovun qızı Mariya Vəlixanova, şəhid Əli Həsənovun həyat yoldaşı Mahirə Həsənovayla birlikdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçən 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət edib, xatirələrini böyük ehtiramla yad ediblər.

Turanın səsi ” xəbər verir ki , Milli Məclisin deputatı Razi Nurullayev bu barədə öz “facebook ” səhifəsində paylaşım etmişdir.

Şəhidlərin məzarları önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar .

Deputat mediaya müsahibəsində qeyd edib ki , yeni Azərbaycanın qurulmasında, suverenliyimizin əldə edilməsində, bu gün xalq arasında vətənpərvərlik hissinin yüksək olmasında, 44 günlük vətən savaşında xalqımızın bir yumruq kimi birləşərək zəfər çalmasında 20 Yanvar şəhidləri müstəsna rol oynayıb. Şəhidlər dünyalarını dəyişdikdən sonra belə Azərbaycan dövlətinə, xalqına xidmət ediblər, bu gün də etməyə davam edirlər. Çünki, hər kəsdə vətənpərvərlik bu xiyabandan başlayıb, milyonlarla insan burada vətənpərvərlik dərsi keçib.

Sonda Əbədi Məşəl abidəsi önündə xatirə fotosu çəkdiriblər .

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir