“Makron və komandası başa düşmür ki, 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə dövlət idarə edilməz”-DEPUTAT

0

Afrikada Nigerdə Rusiyaya uduzan Fransanın qisas siyasəti və onun Qafqaz regionuna təsirləri

Fransa siyasəti təkcə Nigerdə yox, Afrikanın digər dövlətləri Malidə, Mərkəzi Afrika Respublikasında, Burkino-Fasoda, Əlcəzairdə də iflasa uğramışdır. Eyni zamanda, Rusiya ilə münasibətləri kifayət qədər gərgindir. Səbəb birdir; bu ölkənin apardığı neokolonial siyasət. Makron və komandası başa düşmür ki, 21-ci əsrdə 19-cu əsrin təfəkkürü ilə dövlət idarə edilməz.

Bu fikirləri “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib .

Deputat vurğulayıb ki , Fransa kimi dərin dövlətçilik ənənələrinə sahib ölkənin beynəlxalq nüfuzunun düşməsinin əsas günahkarı məhz, prezident başda olmaqla, siyasi hakimiyyətdə təmsil olunan komandadır.
Qafqaz regionuna təsirinə gəldikdə isə, Fransanın imkanları məhduddur. Düzdür, Ermənistan vasitəsilə, Cənubi Qafqazda hərbi varlığını təmin etmək istəyir. Düşünmürəm ki, region dövlətləri buna imkan versinlər. Silah sata, Ermənistan vasitəsilə müəyyən müddətdə gərginliyi saxlaya bilər.

Fransanın Azərbaycana qarşı mənfur siyasəti Fransa Azərbaycan arasında enerji əməkdaşlığına təsir edəcəkmi ?

Dövlətlərarası münasibətlər sistemində hər şey rəvan olmur. Burada fikir ayrılıqlarının, gərginliyin olması təbiidir. Ancaq, hər bir dövlətin müəyyənləşdirdiyi qırmızı xətt mövcuddur. Əgər siyasətdə qırmızı xətti keçirsənsə, mütləq şəkildə iqtisadi əməkdaşlıqda özünü göstərəcək.

Bir məsələ var ki, iqtisadi əlaqələrə birdən-birə xitam vermək mümkün deyil. Söhbət qanunla qorunan investisiyalardan, artıq bağlanmış müqavilələrə uyğun olaraq, qarşılıqlı öhdəliklərdən gedir.


Hesab edirəm ki, müqavilələrin icra müddəti bitdikdən sonra, yeni layihələrdə Fransa şirkətlərinə üstünlük verilməyəcəkdir. İstisna o halda ola bilər ki, bu ölkə Azərbaycana yönəlik siyasətində səmimi olsun deyə deputat vurğulayıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir