“Məqsəd təyyarəni dənizdə batırıb iz itirmək olub”- DEPUTAT

“Məqsəd təyyarəni dənizdə batırıb iz itirmək olub”.

“turaninsesi.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sahib Alıyev sosial media hesabında yazıb.  O, həmçinin qeyd edib ki, AZAL-ın təyyarəsi Qroznı hava limanına enişə hazırlaşarkən “Pantsir-S”lə vurulub: 

“Təyyarəmizin vurulduğu aydın idi. Və artıq dəqiqləşib ki, bu, Rusiya mediasının təqdim etməyə çalışdığı kimi Ukrayna dronlarının yox, həmən dronlarla  sərnişin təyyarəsini səhv salanların işidir. O, Qroznı hava limanına enişə hazırlaşarkən “Pantsir-S”-lə vurulub. Böyük ehtimalla qəsdən etməyiblər. Amma vurulan təyyarənin yaxınlıqdakı Mahaçqala, yaxud da Mineralnıye-Vodı hava limanına  enməsinə izn verilməməsi,  Aktauya göndərilməsi qəsdəndir və “Caliber.Az” saytının yazdığı kimi  belə görünür ki, məqsəd onu dənizdə batırmaqla  iz itirmək olub”.

Alıyev həmçinin bu addımın baş verdiyinə birinci dəfə şahidi olmadığını bildirib:

“Biz böyük dövlətlərin bu cür xudbincəsinə davranışlarını, kiçikliklərini birinci dəfə görmürük. Onu da  yaxşı xatırlayırıq ki, 2020-ci ilin 9 noyabrında Rusiya helikopteri, həm də hərbi helikopteri Ermənistanınkıyla səhv salınıb vurulanda Azərbaycan qarşı tərəfdən buna görə üzr istəmiş və gərəkən digər addımları atmışdı. Baxmayaraq  ki, burada müəmmalı çox şeylər vardı.  

Moskvanın da baş verənlərə  görə üzr istəyəcəyini, təyyarəmizi Ukrayna dronuyla səhv salıb vuranların cəzalandırılacağını, belə hallarda beynəlxalq normaların tələb etdiyi digər addımların atılacağını gözləyirik. Həm də bu, nə qədər tez baş versə, fikrimcə, ikitərəfli əlaqələrə mənfi təsirin azaldılması baxımından bir o qədər yaxşı olar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI