Komitə sədrinin müavini general oldu

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına ali xüsusi rütbələr verilib.

turaninsesi.az ” xəbər verir ki, “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi alan 3 şəxsən biri Fuad Məmmədovdur. 

O, 1992-ci ildə Bakı şəhərində anadan olub. 2008-2012-ci illərdə  Bakı Dövlət Universitetinin Gömrük işinin təşkili ixtisası üzrə bakalavr təhsili alıb.

2012-2013- cü illərdə hərbi xidmətdə olub. Silahlı Qüvvələrin 95-ci ilinə həsr olunmuş paradda iştirakına görə yubiley medalı ilə təltif edilib.

2013-2015-ci illərdə Bakı Dövlət Universitetində Gömrük işi ixtisası üzrə magistr, 2017-2020-ci illərdə Dünya iqtisadiyyatı ixtisası üzrə doktorantura təhsili alıb.

2015-ci ildə gömrük orqanlarına xidmətə qəbul müsabiqəsində  yüksək nəticə əldə edərək Xaçmaz Gömrük İdarəsinin inspektoru təyin edilib.

2016-2018-ci illərdə – Dövlət Gömrük Komitəsinin Akademiyasında müəllim kimi fəaliyyət göstərib.

2017-2022-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin “Sabah” qrupları və “Beynəlxalq İqtisad Məktəbi”ndə tədris edib.

2018-2021-ci illərdə Komitə aparatının Gömrük tarifləri və tarif təsnifatının tətbiqi şöbəsinin böyük inspektoru vəzifəsində işləyib.

2022-2023 – cü illərdə həmin şöbənin rəisi olunub.

2023-2024- cü illərdə Gömrük Siyasəti Baş İdarəsinin Ticarət Siyasəti İdarəsinin rəisi vəzifəsində işləyib.

2024-cü ildə Komitənin Ümumdünya Gömrük Təşkilatındakı  (Belçika Krallığında) nümayəndəsi (gömrük attaşesi) təyin edilib.

2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. 

Arzu Paşaqızı