Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 4 may 2026-cı il tarixində Xankəndi şəhərində, Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-dan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları sakinlərini qəbul edəcək.
Bu barədə “turaninsesi.az” Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 3 may 2026-cı il tarixində Xankəndi şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Arzu Paşaqızı