İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır

0

Artıq üçüncü ildir ki, xalqımız hər bir tarixi hadisəni, bayramı Qələbə ovqatı ilə qeyd edir. Ermənistanın 30 il davam edən işğalı dövründə Prezident İlham Əliyevin xalqımıza bayram təbriklərində bu arzu xüsusi vurğulanırdı ki, işğal altında olan torpaqlarımız tezliklə azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Turanın səsi ” xəbər verir ki , bu barədə ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim Arzu Daşdəmirov mətbuata açıqlamasında deyib .

Artıq işğal altında olan torpaqlarımız dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində azadlığına qovuşub, bu ərazilərdə yeni həyat başlayıb.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Novruz bayramı ərəfəsində Tərtər rayonunun Talış kəndinə səfərlərinin, Novruz tonqalını bu azad məkanda alovlandırmalarının öz rəmzi mənası vardır. Möhtərəm Prezidentimizin Talış kəndindən Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində bəyan etdiyi kimi, biz bu gün doğma Qarabağ, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq.

Tariximizin parlaq səhifəsi kimi dəyərləndirilən şanlı Zəfərimizdən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri Böyük Qayıdışın tam şəkildə başa çatacağı günü daha da yaxınlaşdırır. 2020-ci ilin 3 oktyabr tarixində erməni tapdağından azad edilən Talış kəndində qısa müddətdə həyata keçirilən bərpa-quruculuq işləri göz önündədir. Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bu kəndə ümumilikdə 180-ə yaxın ailənin qayıtması nəzərdə tutulub. 

Dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Talış kəndində görülən işlərlə, Suqovuşan su anbarının və magistral su kanalının əsaslı təmiri, həmçinin turizm obyektlərinin tikintisi ilə tanış oldular, Suqovuşan qəsəbəsində yeni inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak etdilər.

Müzəffər Ali Baş Komandan Novruz bayramı münasibətilə Talış kəndindən Azərbaycan xalqına müraciətində də işğal dövrünün reallıqlarını diqqətə çatdıraraq bəyan etdi ki, bunları unutmuruq və unutmayacağıq. Ermənistan və ona havadarlıq edən dövlətlərin, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in artıq tarixin arxivinə göndərilmiş Minsk qrupunun həmsədr ölkələrinin məqsədi problemi həll etmək yox, dondurmaq idi. İşğalçı ölkənin baş naziri “Qarabağ Ermənistandır və nöqtə” fikirlərini səsləndirib Azərbaycan xalqının haqlı hüququnu əlindən almaq istəyəndə təcavüzkarın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupunun həmsədri olan dövlətlər bu bəyanata heç bir reaksiya vermədilər. Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra da ölkəmizə qarşı saysız-hesabsız ədalətsiz addımlar atıldı, çirkin əməllər törədildi və çox təəssüflər olsun ki, bu iyrənc proses bəzi hallarda davam etməkdədir.

Müzəffər Ali Baş Komandan bir daha bəyan etdi ki, əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. İşğal, müharibə, postmüharibə reallıqları sülh danışıqlarında öz əksini tapmalıdır və tapacaq. Əks təqdirdə, heç bir sülh müqaviləsi olmayacaq. 

Dövlət başçısı İlham Əliyevin “Əgər kimsə fikirləşir ki, bizə qarşı cızılmış çirkin planlar həyata keçə bilər, səhv edir. Bizə qarşı hər bir çirkin plana bizim güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək” bəyanatı Ermənistana və havadarlarına ciddi mesajdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir